"Biz terroru lənətləyirik"

"Biz terroru lənətləyirik"

İsrail Misirə terrorizmə qarşı birlikdə mübarizə aparmağı təklif edib.

APA TV-nin "Rossiya-24" telekanalına istinadən verdiyi məlumata görə, rəsmi Qahirə təklifi məmnuniyyətlə qəbul edib.
İki gün əvvəl Misirin Sinay yarımadasından İsrail ərazisinə İŞİD tərəfindən endirilən raket zərbəsi Təl-Əvivi ciddi narahat etməyə başlayıb. İsrail rəsmiləri bunun son olmayacağından ehtiyatlanırlar.
Artıq hər iki ölkənin birgə hərbi qüvvələrin əməliyyatlara başlayıb. Onlar Sinaydakı Şeyx Zueyb rayonunu terrorçulardan təmizləyiblər. Hərbçilər İŞİD silahlılarını təqib etməkdə davam edir.
Yarımadanın hərbi vəziyyət elan olunan şimal bölgəsinə Misirin prezidenti Əbdül-Fəttah əs-Sissi də gəlib. O səfərindən məqsədin peşəkar hərbçi kimi hadisələri yerindəcə qiymətləndirməkdən, zabit və əsgərlərə dəstək verməkdən ibarət olduğunu açıqlayıb.
Sissi bir neçə gün əvvəl İŞİD tərəfindən öldürülən hərbçilərin xatirəsini də yad edib. "Misir əsgəri ölkənin hər qarışına nəzarət edir. Təəssüf ki, xain hücum nəticəsində biz qəhrəman əsgərlərimizi itirdik. Amma terrorçulara ağır zərbə vura bildik". Bu sözləri isə Misir ordusunun yüksək rütbəli hərbçisi Muhamməd Samir deyib.
İsrailin baş naziri Benyamin Netenyahu isə Sinayın şimal ərazilərinə tank birləşmələrini yeritmək istəyini açıqlayıb: "Bizim ürəyimiz hazırda Misir xalqı ilə döyünür. İsrail Misir xalqına xaincə öldürülən hərbçilərə görə dərin hüznlə başsağlığı verir. Biz terroru lənətləyirik".
Xatırladaq ki, Sinay yarımadası strateji bölgədir və İŞİD-in hədəfindədir. Sinay Misir, İsrail, Qəzza sektoru, İordaniya və Səudiyyə Ərəbistanı ilə qaz kəmərlərinin keçdiyi ərazidir. Yarımada həmçinin Süveyş kanalına çıxışdır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az