"Bizi çətin sınaq gözləyir"

"Bizi çətin sınaq gözləyir"

"Bizi çətin və ağır qarşılaşma gözləyir. Güclü komandaya qarşı mübarizə aparacağıq. Üstünlük rəqibin tərəfindədir. Öz oyunumuzu oynayıb, sərfəli nəticə qazanmağa çalışacağıq".

Vətəninfo.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün İtaliyada “İnter”lə qarşılaşacaq. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında Qurbanov əsas məqsədini açıqlayıb: "Əsas məqsəd “İnter”ə oynamağa imkan verməməkdir. Bu gün qarşımıza tam fərqli heyət çıxa bilər. Bu səbəbdən məni çətin sınaq gözləyir. Bakıya 1 xalla qayıtsaq, bizim üçün daha faydalı olar. Nəticənin bizim üçün nə qədər uğurlu alacağını indidən demək olmaz. İndidən bu haqda düşünmək istəmirik".

“Qarabağ”ın qrupda digər rəqibi olan “Sent Etyen” futbolçularından birinin “Növbəti mərhələyə “Qarabağ” və biz çıxacağıq” deməsinə münasibət bildirən Qurbanovun fikrincə, qrupdakı bütün rəqiblər “İnter”ə hörmətlə yanaşmalıdır: “Ola bilsin A seriysında “Kalyari”yə 1:4 hesablı məğlubiyyətəə görə belə deyirlər. Amma qrupun favotiri “İnter”dir. Bu komandaya qarşı belə fikir yürütmək düzgün çıxmaz”.

İtaliyalı həmkarımızın “İnter”lə qarşılaşmanı “Qarabağ”ın tarixində ən yaddaqalan oyun kimi dəyərləndirmək olarmı” sualına gəlincə, Qurbanov bildirib ki, “İnter”lə qarşılaşmanın öz özəlliyi var: “Həqiqətən də bu matçın yeri başqadır. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaiya klubuna qarşı oynayacağıq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az