Bizi tanımamaq elə də önəmli məsələ deyil və onu da əlavə edim ki, bu bizi heç də narahat etmir. Əsas odur ki, fəaliyyətimizdə şəffaflıq və dürüstlük durur, əsasən də Azərbaycana olan sevgimizin arxasında heç bir maddi və ya şəxsi maraqlar dayanmır. Bu fəaliyyət prinsipimizin əsas ana xəttini təşkil edir. Həmçinin, Azərbaycan həqiqətlərini avropada yaşayan və bu yolda əmək sərf edən insanlar birgə addımlamağı düşünürük.
Bu sözləri "Vətəninfo.az"a Belçika Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin “BELKAD” başqanı Abbas Uçar özü və rəhbəri olduğu təşkilatı haqda deyilən ittihamlara cavab olaraq bildirib.
“İnanın ki, kiminsə təşkilatımız haqda nəsə deməsi və hansısa mənfi fikirlər bildirməsi fəaliyyətimizə zərrə qədər təsir etmir. Zamanımızı belə insanlara və ya yazılara sərf etməyi düşünmürük. Belə yazılar hər zaman olub və bundan sonra da olacaq. Sadəcə olaraq, bir şeyə təəssüflənirik ki, Azərbaycan və Qarabağ adı altında fəaliyyətə başlamışıqsa, bunu ən azından sevinmək və alqışlamaq lazım idi. Ucadan verilən bəyanatlarla ictimaiyyəti çaşdırmaq olmaz, bununla yalnız özünü yora bilərsən. Çünki, hər şeydən əvvəl bu yolla getmək üçün səmimi olmaq lazmdır. Yox, səni nəsə narahat edirsə, çəkilib başqa işlərlə məşğul ola bilərsən. Yoxsa, tədbirimizə qatılanları yaltaq və Azərbaycanın səfirliyinə ləkə atmağı, şəxsən düşmən dəyirmanına sü tökməyə bərabər tuturam.
Yazı da çox hörmətli Qənirə xanım haqqında deyilən fikirlərə təəssüflənirik. Çünki, Qənirə xanım əsl fədai və türk dünyasının sevilən şəxsiyyətlərindədir. Erməni yalanlarına necə mübarizə apardığını hamı görür və mücadilənin önündə gedən dəyərli xanım əfəndilərimizdəndir. Burada yenə də yazara acıyırıq ki, öz cılız düşüncələrinin əsirinə çevrilib.
Bundan sonra da bu tipli yazılara cavab verməyi düşünmürük və hesab edirik ki, belə yazılara hansısa cavab verməklə, özümüzü kiçiltmiş olarıq. Məhz, belə yazılara bundan sonra fəaliyyətimizlə cavab verəcəyik”,-deyə Abbas Uçar qeyd edib.
Elnur Eltürk
Yazı ilə tanışmaq olmaq istəyənlər bu sayta daxil ola bilərlər:
http://www.yenihaber.be/go.php?go=307290d&do=details&return=last_news&pg=1