"Düşünürəm ki, neftin qiyməti 70 dollar səviyyəsinə qədər qalxacaq"

"Düşünürəm ki, neftin qiyməti 70 dollar səviyyəsinə qədər qalxacaq"

Vətəninfo.az-ın məlumatına görə, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov son günlər manatın və neftin qiymətinin bahalaşmasını şərh edərkən deyib.
O qeyd edib ki, bunlar Azərbaycan üçün çox önəmlidir:
“Əlbəttə, proses davam etsə, daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, bu ayın sonunda daha bir neft ixracatçısı bazara daxil ola bilər. İran neftinin dünya bazarında yer alması neftin qiymətinə müəyyən qədər təsir edə bilər. Neftin və manatın məzənnəsinin bahalaşması bir-birilə bağlı məsələlərdir. Neft nə qədər bahalaşacaqsa, manat da bir o qədər bahalaşar və ehtiyat variantlar çox olar”.
İqtisadçı-deputat prosesin uzunmüddətli olacağına şübhə ilə yanaşıb:
“Qiymət stabil qalmır, gah ucuzlaşır, gah da bahalaşır. Düşünürəm ki, neftin qiyməti 70 dollar səviyyəsinə qədər qalxacaq. Amma hər şey may ayının sonunda altılıq dövlətlərin İranla əlaqədar bağlayacaqları sazişdən asılı olacaq. Sazişdən sonra İran neftinin dünya bazarına çıxarılması məsələsi öz həlini taparsa, müəyyən qədər problem yarana bilər. Yeni bir neft ölkəsi dünya bazarına çıxacaqsa, qiymətdə müəyyən qədər dəyişiklik ola bilər. Bunun alınıb-alınmayacağını zaman göstərəcək”.
Deputat onu da vurğulayıb ki, manat əvvəlki dəyərinə qayıda bilməz: “Neftin qiyməti bahalaşacağı təqdirdə, biz ehtiyatlarımızı daha da gücləndirəcəyik. Amma manatın əvvəlki məzənnəyə qayıtması inandırıcı deyil”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az