“Əli Həsənovla QHT-lərin görüşü Vətəndaş Cəmiyyətinin həyatında yeni mərhələnin başlanğıcıdır”
“Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siaysi məsələlər şöbəsinin müdiri hörmətli Əli Həsənovun QHT-lərlə keçirilən görüşü vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı yeni mərhələnin başlanğıcıdır. Bu mərhələ QHT-lərin də üzərinə böyük məsuliyyət və vəzifələr qoyur”.
Bu sözləri “Vətəninfo.az”a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, QHT Əməkdaşlıq Alyansının Şura üzvü Rufiz Qonaqov bildirib. QHT sədrinin sözlərinə görə, bu gün ölkədə vətəndaş cəmiyyətinin inkişafı ötən illərlə müqayisədə çox fərqlidir və dinamika günü-gündən artır:
“QHT-hökumət dialoqunun yeni mərhələsinin başlanğıcı isə məhz dünənki görüş sayılmalıdır. QHT-lər də bu görüşdə bir sıra ciddi təkliflər irəli sürdü və Əli müəllim bütün təkliflərə ciddi yanaşılacağını bildirdi. Bu da onun göstəricisidir ki, hakimiyyət QHT-lərin inkişafında, onların maddi-texniki bazasının möhkəmlənməsində, fəaliyyət dairəsinin genişlənməsində maraqlıdır. Hörmətli Əli Həsənov Vətəndaş Cəmiyyətinə kifayət qədər isti və səmimi münasibətini ortaya qoymaqla, Prezident cənab İlham Əliyevin bu sektora olan diqqət və qayğısını bir daha nümayiş etdirdi.
Rufiz Qonaqov daha sonra bildirib ki, bu tip görüşlərin davamlı olması qənaətindədir. Bunu cənab Əli Həsənov özü də bildirdi. Biz inanırıq ki, bu görüşün nəticəsi yaxın zamanda hiss ediləcək və QHT-lərin inkişafında yeni bir mərhələ başlanacaq.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.