Ruslan Bəşirli azadlığa çıxdıqdan sonra, müəyyən internet portallarına müxtəlif səpgili müsahibələr versə də bu müsahibələrəd nələrinsə çatmadığı qənaətində idim.Yəni Ruslan nələrisə demir və yaxut da demək istəmir. Elə ona görə də Ruslanla “Facebook” vasistəsi ilə bir iki məni narahat edən suallarıa cavab verməsin istədim. “Vətəninfo.az” olaraq qıssa hazırlanan bu müsahibəni sizə təqdim edirik.
-Azadlığa çıxdıqdan sonra, müəyyən portallara bir sıra açıqlamaların oldu. Maraqlıdı demədiyin və ya demək istəmədiyin nələrsə qalıbmı?
-demədiyim və demək istəməiyim çox məsələlər var. Hesab edirəm ki, bir çox məsələlər haqqında danışmaq zaman tələb edir.Bəzi məsələlər haqqında isə ümumiyyətlə heç bir zaman danışmamaq fikirindəyəm.
-Bu gün səninlə bağlı hansısa söhbət düşəndə bir fikir səslənir, "Ruslan hakimiyyətə təslim oldu" bu fikirlə razılaşırsan?
Meni tanıyanlar hadisələrə normal səkildə qaraguruhculuqdan uzaq tərzdə qiymət verən insanlar bu cür düşünmürlər. Ümumiyyətlə mən satıldı ,sindi, əqidəsindən döndü kimi qaraguruha məxsus olan demoqogiyanı qəbul etmirəm.
-Ruslan həbsdə qaldığın müddətdə belə fikirlər var ki, sənə maddi və mənəvi cəhətdən dəstək duran AXCP sədri Əli Kərimli ilə görüşmək istəmisən,amma o bu görüşdən imtina edib?
-Bu dezinformasiyadır.
-Yəni Əli bəy sən həbsdə olanda sənə maddi və mənəvi dəstək verdiyi yoxsa, görüşmək istəyin,hansı dezinformasiyadı?
Sual görüşməklə bağlı idi.
-Bəyəm görüşmək o qədərmi problemdi sənin üçün?
-Həsxanada görüşmək barədə idi sual. Orda görüşməyin çətin olub- olmamasından söhbət getmirdi .Sual belə idi ki, həbsxanada görüşmək istəmişəm, amma Əli Kərimli görüşmıək istəməyib. Bu düzdürmü?Mən də dedim ki, bu dezinformasiyadır.
-Sual belə idi.Siz Həbsdə olduğunuz illərdə daima sizə maddi və mənəvi dəstək olmuş, AXCP sədri Əli Kərimli ilə, həbsdən çıxdıqdan sonra görüşmək istəmisiniz.Amma o bu görüşdən imtina edib?
Hə mən dedim ki, bu dezinformasiyadır.
-Ümumiyyətlə Əli Kərimli sən həbsdə olanda ailənə maddi baxımdan dəstək olubmu? Çün ki, belə fikirlər var ki, həbsdə olduğun illərdə hər ay Əli bəy ailənə 200 AZN pul göndərirmiş.
Niyə insanlar başqa iş güclə məşğul olmurlar.Mən başa düsə bilmirəm .
-O zaman nə baş verdi də Ruslan Bəşirli köhnə komandadan ayrı düşdü?
Bildirim ki mən həbsdən çıxandan sonra siyasətdən getdiyimi açıqladım və bu səbəbdən hansısa komandada ola bilməzdim.Bilirsiniz ki, mən artıq 2 aydır ki, yeni Avropa.info adlı xəbər portalı açmışam.Bu portalın fəaliyyəti , inkişafı ilə məşğulam.
-Xeyirli olsun. Bəs hüquq müdafiəçiliyi işi nə yerdədi. Bildiyim qədəri ilə QHT yaratmaq istəmisən?
Sənədləri təqdim etmişik .Artıq bir dəfə cavab gəlib ki, sənədlərdə müəyyən düzəlişlər edilsin. Artıq düzəlişlər edilib yaxın günlərdə sənədləri yenə Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Amma mən hazırda əsas diqqəti saytın fəaliyyətinə yönəltmək fikrindəyəm.
-Siyasətdən getmisən, bəs siyasətdəki dostlarla təmaslar görüşlər davam edirmi, yoxsa ümumiyyətlə siyasətdə nə varsa hər birinə əlvida demisən?
Dostlar yoldaşlar başqadı . Görüşürük də, telefon əlaqəsi saxlayırıq da. Ümumiyyətlə siyasətlə meşğul olmuram .Amma mən internet qəzeti rəhbəriyəm və biz siyasətdən yazırıq. Ola bilər ki, özüm də siyasi şərhlər yazaram.