"Müxalifətin seçkilərdə qələbə qazanması mümkün deyil"

"Müxalifətin seçkilərdə qələbə qazanması mümkün deyil"

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun seçki qabağı kompaniya ilə əlaqədər “Vətəninfo.az”a müsahibəsi.

Sərdar  bəy, seçki qabağı müxalifətin birləşməsi zərurəti özünü nə dərəcədə doğruldur?

- Bu həm müxalifətlə iqtidar arasında birliyin olmamasında, həm xalqın məişət səviyyəsində birlik yarada bilməməsində özünü göstərir. Biz bütün dünya ailəsi ilə birlik təşkil etmir, beynəlxalq öhdəlikləri yerinə yetirmir, beynəlxalq hüquqa hörmət etmir, başqa dövlətlərlə lazım olan dili tapa bilmirik. Bu da bizim  beynəlxalq səviyyədə birlik meyillərimizin zəif olmasını göstərir. Ona görə də bu qədər birliyə  xor baxan cəmiyyətdə seçkilər ərəfəsində müxalifətin tələb olunan birlik yaratmasına mənim ümidim çox azdır.

Müxalifətin birliyinin yaranmasında Müsavatın rolu nə qədər önəmlidir?

- Əslinə baxsaq, birlik deyəndə Azərbaycanda bir neçə real partiyanın birləşməsi nəzərdə tutulur. Bunlar Azərbaycan Demokratik Partiyası, Ümid partiyası ,Müsavat, Xalq Cəbhəsi Partiyası, AMİP,  Vətəndaş və İnkişaf partiyası, Liberal partiyasıdır. Yəni, az-çox siyasi fəaliyyət göstərən, seçkilərdə davamlı iştirak edən, öz orjinal mövqeyi olan partiyalar bunlardır. Bütün bu partiyalar arasında birlik yaradılmasa Azərbaycanda müxalifətin ciddi nailiyyətlər əldə etməsi seçkilərdə söz predmeti ola bilməz. 

Müxalifət vahid namizəd seçmək haqqında nə düşünür?

- Bu seçkilərdən qabaq da, biz vahid namizəd ideyası ətrafında birləşmişdik. Amma ciddi nəticələr alınmadı. Biz bu vahid namizəd ideyasına ikisini də  əlavə edirik. Bu vahid komanda və vahid proqramdır. Müxalifət bu ideyalara əməl etməsə, vahid komanda ilə seçkilərə getməsə, ciddi nəalliyyət əldə edə bilməyəcək



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az