Qurban ibadəti "Quran"da yoxdur - Azərbaycanda qadağan edilə bilər - İlahiyyatçı

Qurban ibadəti

Sabah və iyunun 7-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Azərbaycan əhalisinin əksəriyyəti qurban kəsmək barədə düşünür. Bəzi insanlar isə qurban desələr də, onu kəsməyə imkanları çatmır və bu onları ciddi narahat edir. Bəs qurban kəsməyə imkanı olmayanlar necə davranmalıdırlar, dinin bu məsələyə baxışı maraq doğurur.

"Qurban ibadəti "Qurani-Kərim"də yoxdur”

Məsələ ilə bağlı Modern.az-a danışan şərqşünas alim, ilahiyyatçı Nəriman Qasımoğlu bildirib ki, "Qurani-Kərim"də qurban kəsmə adına ibadət növü yoxdur:

"Bu, ibadət deyil, ənənədir. Camaatda elə bir təsəvvür var ki, bu xüsusi borcdur. İmkanı olmayanlar, ümumiyyətlə, qurban kəsmək barədə düşünməməlidir. İlahiyyatda ədalət qanunu var. O mənada imkanı olmayanlar heç bir şey etməsinlər. Çünki qurban elə onlara çatmalıdır.

Ümumiyyətlə, Həccdə də bu, bir adət halını alıb. Orada kəsilən qurbanlar da gedib ünvanına çatır-çatmır bilinmir. Elə ölkədə qurban kəsilir ki, orada qurban payı veriləsi insanlar yoxdur. Ona görə də, bu ətləri başqa ölkələrə göndərməlidirlər. O da ünvanına çatır-çatmır, bütün bunlar sual doğurur. Ona görə də bu məsələdə xüsusi problemlər yaranır. Əlbəttə, Azərbaycanda kimin imkanı yoxdursa, qurban kəsib kiməsə paylamaq barədə gərək düşünməsin.

Qurban yaxın olmaq mənasına gəlir. Yaxın olmağın da minlərlə üsulu var. Kimisə razı salıb doyurmaq da üsullardan biridir. Xüsusi ibadət növü kimi qurban Qurani-Kərimdə qeyd edilməyib. O mənada kiminsə, ürəyindən keçirsə ki kimisə doyursun, bunu edə bilər, yaxşı əməldir”.
 

"Azərbaycanda da qurban kəsimi qadağan edilə bilər”
 

Mərakeş hökuməti Qurban bayramı ərəfəsində bəzi ticarət fəaliyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlib. Qurbanlıq kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Qərar ölkədə son illərdə yaşanan quraqlıq, heyvanların sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az