Quru sərhədlər 2 gün sonra açılır? - Deputat

Quru sərhədlər 2 gün sonra açılır? - Deputat

Uzun müddətdir quru sərhədlərin nə zaman açılacağı haqda müzakirə aparılır. Mediada yayılan məlumatlara görə, noyabrın 22-dən – COP29 sammiti bitdikdən sonra quru sərhədlərinin açılma ehtimalları var.

Miq.az xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında bu barədə dəqiq məlumat verilmədiyini bildirib.

"Milli Məclisin yeni tərkibdə ilk iclasında ölkə Prezidenti İlham Əliyev quru sərhədlərin bağlanması mövzusuna toxunaraq bildirmişdi ki, bu, ölkənin təhlükəsizliyi üçün çox vacib qərardır. COP29-dan sonra da təhlükəsizliyin tam təmin olunacağını söyləmək mümkün deyil. Ona görə də quru sərhədlərin açılmasını COP-la əlaqələndirmək doğru olmaz. Lakin hər bir halda imtiyazlı, güzəştli variantlara baxılmalıdır. Xəstələrə, həkimlərə, yaxud da tələbələrə belə güzəştlər tanınmalıdır”, - deputat əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az