Ramil Usubov daha bir idarə rəisini təqaüdə göndərdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.
Miq.az Mia.az-a istinadən xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərzuman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.
DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, Ə. Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Miq.az