Ramiz Həsənovun qurumunda qanunsuzluq - 300 sərəncam ləğv edilib

Ramiz Həsənovun qurumunda qanunsuzluq - 300 sərəncam ləğv edilib
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılan yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb.

Bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.

C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: "Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az