Ramzan Kadırov Ukraynaya könüllülərdən ibarət dəstə göndərdi

Ramzan Kadırov Ukraynaya könüllülərdən ibarət dəstə göndərdi
Qroznıdan könüllülərin daha bir dəstəsi tam döyüş texnikası ilə Ukraynaya yola düşüb. 

Hit.az Rusiya KİV-nə istinadla bildirir ki, vu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib
Onun sözlərinə görə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və respublika hökuməti sədrinin müavini Abuzaid Vismuradov könüllülərə vida nitqi söyləyiblər.

"Onlar qeyd ediblər ki, döyüşçülərin səkkiz ildir Donbass sakinlərinə qarşı terror törədən quldurlara qorxu salmaqla, Ukraynanın geniş ərazilərində Çeçenistan Respublikasının bayrağını qürurla və yüksəklərdə gəzdirmək üçün böyük şansı var”, - Kadırov vurğulayıb.

O, həmçinin bildirib ki, çeçen döyüşçülərinin qarşısında "Ukraynanı banderçi basqınçılardan və müxtəlif növ şeytanlardan azad etmək” vəzifəsi durur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az