Rəfiqəmin telefonunda sevgilimin şəklini gördüm... (oxucu məktubu)

Rəfiqəmin telefonunda sevgilimin şəklini gördüm... (oxucu məktubu)
Vətəninfo.az-ın elektron ünvanına maraqlı bir oxucu məktubu gəlib. Məktub bir gənc qızın sevgilisinin rəfiqəsi tərəfindən necə alınmasından bəhs edir.
Məktubu olduğu kimi təqdim edirik:
Mənim adım Nərgizdi, mənim 5-ci sinifdən bir oğlan dostum var idi .Onunla dostluğumuz olduqca maraqlı idi. Hər gün bir gəlib bir gedirdik dərsə. Artıq 9-cu sinifdə oxuyan zaman mən ona aşiq oldum. Onun özü də bilirdi. Amma bildirmirdi . Biz bir -birimizi sevdiyimizə göre sevgili olduq, ömürlük bir olacağımıza söz verdik. Menim ən yaxın bacı bildiyim bir rəfiqəm var idi . Eyni yaşda idik . Bir gün mən ona dostumu (artıq sevgilim olmuşdu ) onunla tanış edəcəyimi dedim, o da razı oldu. Getdik görüşə. Mənim hazırlıqlarım olduğuna görə getməli oldum. Amma refiqəm qaldı, mənə dedi ki, mən də evə gedirəm . Sən demə, mən gedəndən sonra onlar söhbətləsib, bir-birinə nömrələrini veriblər. Hər gün danışırlar. Amma bu haqqda mənə deməmişdi. Rəfiqəm özü də bilirdi ki, mən onu sevirəm, hətta onunla ölümə də gedərəm. Bunu bilə-bilə edirdi. Bir gün bizə gələndə telefonunda sevgilimin şəklini gördüm.(dəli oldum )..
Soruşdum ki, bu şəkil səndə ne gəzir? O da vhatsappada profilini mənə gösdərdi ki, bax, mən onunla danışıram . Sən aramıza girməsən, yaxşı olar. Bütün bunları sevgilimə dedim. O da dedi ki, özüm bilərəm kiminlə danışaram . Mən ondan ayrıldım, gördüm ki, gözləri doldu. Bilmirəm nə edim, onu çox sevirəm, o da məni amma bilmirəm niyə rəfiqəmi seçdi... :((

Xahiş edirəm, mənə kömək edin.....! Mənə yaxşı məsləhət verməyinizi istəyirəm....
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az