Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya
"Nəsiman Yaqublu dəyərli ziyalı idi, ona çox böyük hörmətim vardı”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov deyib. O, 1 sentyabr növbədənkənar parlament seçkilərindəki rəqibinin yol qəzasında həlak olmasından kədərləndiyini bildirib: "Çox heyif, çox kədərlənirəm, ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, İmamverdi İsmayılov həmin dairədən indiyədək 6 dəfə deputat seçilib, o, 1995-ci ildən Milli Məclisin üzvüdür.

Xatırladaq ki, tarixçi-professor Nəsiman Yaqublu ötən gün seçicilərlə görüşdən sonra Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az