“Rəşad, oğlun səni görməyə gəlib...” - Fotolar+Video

“Rəşad, oğlun səni görməyə gəlib...” - Fotolar+Video

Bu gün Hərbi Hava Qüvvələrinin "MiQ-29” təyyarəsinin dənizə düşməsi nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir. 

"Qafqazinfo” xəbər verir ki, hüzr mərasimindən əvvəl pilotun ailəsi onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib. 

Ziyarətçilər arasında onun hərbçi dostları da var.

Pilotun anası məzarı başında oğluna ağı deyib. O oğlunun ölümünü qəbul edə bilmədiyini bildirib: "Oğlum mənə can, nəfəs verirdi. Gözlərimdən yaş yox, qan axır. Məni heç hara aparmayın. Qoyun balamla vidalaşım. Ölənə qədər sənə ağlayacam. Rəşad, oğlun səni görməyə gəlib, deyir atam ölməyib...”

 














Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az