Rəsul Quliyev Bakıya qayıdışının anonsunu verdi
Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin adı İnterpolun axtarış siyahısından çıxarılıb.
Eks-spiker açıqlamasında bildirib ki, onun uzunmüddətli yazışmaları və müraciətlərindən sonra İnterpol rəhbərliyi düzgün qərar qəbul edib./ Modern.az/
Rəsul Quliyev Azərbaycana geri dönmək ehtimalından da danışıb.
"Mən Azərbaycana gəlməyi heç zaman gündəlikdən çıxarmamışam”,-deyə o, bildirib. Parlamentin sabiq sədri bundan artıq nəsə danışmağın artıq olduğunu vurğulayıb.
Rəsul Quliyev 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verib. O, həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.
Miq.az