Rezidentlərin üç aydır ala bilmədikləri təqaüdləri ilə bağlı etirazları nəticə verib
Rezidenturada təhsil alan tələbələrin üç aydır ki, təqaüdlərin ala bilmələri ilə bağlı məlumat vermişdik.
Onların haqlı şikayətləri mətbuatda ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb.
Hazırda rezidentlər miq.az-a bildiriblər ki, üç aydır ala bilmədikləri təqaüdləri artıq hesablarına oturub. Aidiyyəti qurumlardan bildiriblər ki, təqaüdlərin gec verilməsi yeni ildə rezidentlərin yeni hesablarının açılması səbəbi ilə bağlıdır.
Qeyd edək ki, rezidentlər sözügedən məsələ ilə bağlı aid olduqları xəstəxana və aidiyyəti nazirliklərə şikayət ediblər və aldıqları cavab belə olub: "Büdcədə pul yoxdur, pul köçürüləndə sizə də veriləcək”.
Miq.az