Rubl o qədər ucuzlaşdı ki…
Şimal qonşumuz Rusiyada rublun növbəti dəyər itirməsini gün boyu yaşanıb.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, 21 avqustda davam edən ucuzlaşma günün sonunda pik həddə çatıb – 1 dollar 69 rubla qalxıb. Avro isə 78,43 rublu ötüb.
Bu arada Rusiya Mərkəzi Bankı 22 avqust üçün daha bir ucuzlaşma imkanını elan edib. Belə ki, 21 avqustda 1 dolları 66,9608 rubldan, avronu isə 74,4738 rubldan təklif edən Mərkəzi Bank 22 avqust üçün məzənnəni dollar üçün 68.1216, avro üçünsə 76.6709 rubla qaldırıb.
Ekspertlərin fikrincə, müəyyənləşdirilən bu məzənnə əlbəttə ki, Moskva birjasında özünü göstərəcək və 22 avqustda dolların kritik həddi – 70 rublu ötməsi ehtimalı böyükdür.