İranda benzinin bahalaşmasından əldə olunan gəlirin bir qismi xalqa veriləcək.
Publika.az-a xəbər
verir ki, rəsmi Tehran etiraz aksiyalarına səbəb olan benzin bahalaşmasından
qazanılan gəlirdən ailələrə 55-205 min tümən arasında yardım ayıracaq.
Ötən gün Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən prezident
Həsən Ruhani daha əvvəl vəd edilən subsidiyaların bu gündən etibarən hesablara
yatırılması üçün Büdcə və Planlaşdırma Qurumuna təlimat verib.
Prezident ən aşağı gəlirli təbəqədən başlayaraq 60 milyon insana ödənməsi
planlaşdırılan subsidiyaların hamısının bu həftənin sonuna qədər
göndəriləcəyini bildirib. O, cümə günü benzinin bahalaşması ilə bağlı verdiyi
açıqlamada 4 ildir ki, bunu etmədiklərini, artımın xalqın mənfəəti və aşağı gəlirli
vətəndaşlara yardım məqsədilə edildiyini demişdi.
Yeni qərarın etiraz aksiyalarını səngidə biləcəyi sual altındadır.
İranda hazırda 18 milyon ailəyə adambaşına 45 min tüməndən başlayaraq humanitar
yardım verilir.
Qeyd edək ki, İranın 82 milyon əhalisi var.
Xatırladaq ki, etiraz aksiyalarında 100 bank şöbəsi, onlarla hökumət binası və
iş yeri yandırılıb, mindən çox etirazçı həbs olunub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?