Rus general: “Əsədi hərbi yolla devirmək mümkün deyil”

Rus general: “Əsədi hərbi yolla devirmək mümkün deyil”
"Suriyanın dövlət başçısı Bəşər Əsədi hərbi yolla devirmək mümkün deyil”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya ordusunun ehtiyatda olan general-polkovniki Yevgeni Bujinski bildirib.
Rus general deyib ki, Suriyada vəziyyətin kifayət qədər çətin olmasına baxmayaraq, Bəşər Əsəd xarici müdaxilələrə uduzmur:
"Rusiya və İran hərbi yardımı davam etdirdiyi təqdirdə, Bəşər Əsədi hərbi yolla devirmək mümkün olmayacaq. İndiki halda isə Bəşər Əsəd xaricdən zəif görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Əsəd zəifləyən kimi Rusiya və İran onu gücləndirməyə çalışacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az