“Rus qoşunları müharibənin beşinci günü...” – Ukrayna müdafiə naziri

“Rus qoşunları müharibənin beşinci günü...” – Ukrayna müdafiə naziri

"Barbar raket hücumları və dinc şəhərlərin hədəfə alınması rus qoşunlarının silahlı ukraynalılarla mübarizə apara bilməməsinin sübutudur”.

Miq.Az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O, Rusiya hakimiyyətinin bu hərbi cinayətlərə görə tribunalda cavab verəcəyini bildirib.

"Müdaxilənin beşinci günündə rus işğalçıları əzab içində olduqlarını gizlədə bilmirlər. Barbar raket hücumları və dinc şəhərlərin hədəfə alınması artıq rus qoşunlarının silahlı ukraynalılarla mübarizə apara bilmədiklərinin sübutudur. Bu, hərbi cinayətdir”, - nazir qeyd edib.

Reznikov rus ordusunu qorxaqlıqda ittiham edib.

Nazir vurğulayıb ki, bu cinayətin bilavasitə icraçıları və təşkilatçıları həyatlarının sonuna kimi qatil damğasını daşımağa və gizlənməyə məhkumdurlar, onları tribunal gözləyir.

Reznikov deyib ki, Xarkovda xüsusi beynəlxalq tribunal yaradılsa, ədalətli olacaq. O, xatırladıb ki, məhz 1943-cü ildə Xarkovda ilk məhkəmə prosesi keçirilib, nəticədə nasistlər hərbi cinayətlərə görə məhkum ediliblər.

"İndi Xarkov tribunalı Hitlerin Kremldəki ardıcıllarına hökm çıxarmalıdır”, - nazir söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az