Rus sülhməramlıları da gəldi: Qazaxın 7 kəndi qaytarılır?

Rus sülhməramlıları da gəldi: Qazaxın 7 kəndi qaytarılır?

Dünən Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digər rəsmi şəxslər gəlib.
 
Miq.Az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan yerli mənbələrə istinadla məlumat yayıb.
 
Erməni jurnalistin sözlərinə görə, hazırda Tavuş rayonundakı Azərbaycan anklavlarının geri verilməsi prosesi gedir:
 
"Əvvəllər də biz bildirirdik ki, SSRİ-nin xəritəsi Tavuşda da istifadə olunarsa, biz Əskipara strateji yolundan daha istifadə edə bilmərik. Azərbaycan bütün yolu öz nəzarətinə götürəcək, çünki SSRİ-nin xəritəsinə görə, bura onların ərazisidir”.
 
Erməni jurnalist bildirib ki, Əskipara ilə bərabər, daha bir neçə kəndin də geri veriləcəyi gözlənilir.
 
Qeyd edək ki, Qazaxın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndlərinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az