Rusiya Azərbaycana da “İsgəndər” raketləri satacaq – “Balans üçün…”

Rusiya Azərbaycana da “İsgəndər” raketləri satacaq – “Balans üçün…”

"Rusiya Ermənistana "İsgəndər” raket komplekslərinin tədarük edildiyi barədə iddianı inkar etməyib”

Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksləri verməsi regionda əlavə təhlükələr yarada bilər.
Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı, "Novaya qazeta”nın təhlilçisi Pavel Felqenqauer deyib.
Onun sözlərinə görə, istənilən halda bu komplekslərin Ermənistana tədarükü regionda balansı dəyişir: "Balans üçün ola bilsin Rusiya belə raket komplekslərini Azərbaycana satsın”.

Ekspert əlavə edib ki, Ermənistana hansı "İsgəndər” raket komplekslərinin tədarük edildiyi aydın deyil: "Rusiya Ermənistanın silahın tədarükü barədə iddiasını inkar etməyib və bu məsələnin detallarını açıqlamayıb”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az