Rusiya Azərbaycana təzyiq edir- Rus səfirin siyasi-iqtisadi mesajı

Rusiya Azərbaycana təzyiq edir- Rus səfirin siyasi-iqtisadi mesajı

"Rusiyanın ölkəmizdə səfiri V.Doroxin verdiyi müsahibədə bir sıra məsələlər barədə Rusiyanın siyasətini ortaya qoyub. İlk əvvəl o, Rusiya-Azərbaycan münasibətlərini dəyərləndirərək, orada yaşayan azərbaycanlıların ölkəmizə vəsait göndərməsini və Azərbaycan üçün Rusiyanı qeyri-neft sektoru üçün başlıca sahə olduğunu qeyd etdi. Səfirin bu açıqlaması,  Azərbaycanla Rusiya arasında yaranan soyuq münasibətlər fonunda Azərbaycanı  iqtisadi təhdid etmək deməkdir. Səfir Rusiyanı Azərbaycan üçün qeyri-neft sektorunda əsas gəlir mənbəyi kimi göstərir. Bu səfirin Azərbaycana siyasi-iqtisadi mesajıdır. Ümumrusiya Azərbaycanlıların Konqresinin ləğvi barədə Doroxin təşkilatı günahkar hesab etdi və bu istiqamətdə ölkəmiz üçün isti mesajlar vermədi."

Bu açıqlamanı Miq.Az-a politoloq Məhəmməd Əsədullazadə bildirdi. 

"Səfirin dediklərindən aydın olur ki, bu qərar siyasi qərardı və arxasında Kreml durur.  Rusiya vətəndaşı Ermənistanda əsirlikdə saxlanılan Dilgəm Əsgərov barədə dedikləri isə, görünür ki, bu məsələ Kremli qəti narahat etmir və Dilgəm Əsgərovun özünü günahkar hesab edirlər. Qeyd edim ki, səfirin Dilgəm Əsgərova qarşı münasibəti, Rusiyanın bununla məşğul olmaması, sırf azərbaycanlı olması ilə əlaqədardır.  Akexsandr Lapşin məsləsinə ciddi toxunan Doroxin isə, bununla ciddi məşğul olduqlarını vurğuladı. Göründüyü kimi, Rusiyanın ölkəmizdə səfiri V.Doroxinin müsahibəsindən aydın olur ki,  rəsmi Kreml Azərbaycana qarşı siyasi təzyiqlər planına malikdir."-deyə politoloq bildirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az