Rusiya Ermənistan sərhədinin Laçın və Kəlbəcər hissəsinə öz qoşunlarını yerləşdirəcək?..

Rusiya Ermənistan sərhədinin Laçın və Kəlbəcər hissəsinə öz qoşunlarını yerləşdirəcək?..

"Rusiya tərəfi Ermənistan ərazisində digər ölkə sülhməramlıların yerləşdirilməsindən narahatdır..."
 
"Paşinyanın Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək üçün ATƏT-in Minsk qrupuna təklifi Rusiyanı aktiv addımlar atmağa sövq etdi. Və Moskva güc tətbiq edərək vəziyyəti nəzarətə götürdü”. 
Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın "Qraparak” qəzeti yazır.
 
"Rusiya tərəfi Ermənistan ərazisində digər ölkə sülhməramlıların yerləşdirilməsindən narahatdır. Xarici İşlər naziri Ayvazyanın istefasının da Müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfərindən sonra baş verməsi təsadüfi deyil.  Müdafiə nazirinin Moskvada hansı təlimatları aldığı hələ dəqiq deyil. Lakin son günlərdə Geğarkunik sərhədlərində rus sülhməramlıları müşahidə edilib” –erməni nəşrindəki materialda daha sonra belə deyilir. 
 
Zəruri şərh:
 
Xatırladaq ki, xəbərdə Rusiya hərbçilərinin bu günlərdə göründüyü "Geğarkunik sərhədləri” dedikdə  söhbət Azərbaycanın qədim Basarkeçər mahalının indi "Kut” adlanan Kəlbəcərin Yuxarı Ayrım kəndi ilə həmsərhəd Zərgərkənd kəndi ərazisindən gedir. Onu da qeyd edək ki, dünən Ermənistanın baş naziri N.Paşinyanın Fransada səfərdə olduğu bir vaxtda Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski ilə görüşündə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, həmçinin sərhəd zonasının bəzi hissələrinin minalardan təmizlənməsi məsələlərini müzakirə ediblər. Görünür, Rusiya tezliklə ən azı, Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ilə sərhədə öz qoşunlarını yerləşdirməyə hazırlaşır...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az