Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında görüş planlaşdırılır.
Vətəninfo.az-ın “tass”-a istinadən verdiyi xəbərə görə, bu haqda informasiyanı Fransa prezidentinin mətbuat xidməti yayıb. Fransa tərəfinin yaydığı xəbərdə bildirilir ki, Olland-Putin görüşməsi rəsmi olaraq nəzərdə tutulmamamışdı. Sadəcə olaraq Qazaxıstandan Fransaya qayıdan Olland Moskvada Putinlə görüşmək qərarı verib.
Astanada səfərdə olan Olland Rusiya, Fransa, Almaniya və Ukrayna rəhbərlərinin Rusiya və Ukrayna arasında davam edən gərginliyin aradan qaldırılması yönündə işlər görməli olduğunu bəyan edib.
Hazırda tərəflər arasında olan gərginlik problemin həll olmasına heç bir ümid yeri qoymur. Qeyd etdiyim ölkələrin rəhbərləri ilk öncə bu problemin həll olunması üçün real addımlar atmalıdır. Hazırda Rusiya və Fransanın arasında olan ən mübahisəli məsələ isə Fransaya aid olan Helikopter daşıyan gəmi ilə bağlıdır. İki dövlət arasında baş tutan razılağa görə Fransa bu gəmini Rusiyaya təqdim etməlidir. Fransanın müdafiə naziri Jan İvle Diran bəyanat verərək gəminin Rusiyaya verilməyəcəyini deyib. Rusiya isə belə hal olacağı halda məhkəməyə müraciət edəcəyini deyib.
Əziz
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ