"Rusiya, İran və Əsəd cəlladırlar"
Hələbdə baş verən qətliamlara görə Əsəd rejimi, Rusiya və İran günahkardır.
Axar.az xəbər verir ki, bu bəyanatla İraqın Müsəlman Alimlər Heyəti çıxış edib.
"Şər koalisiyasının fəaliyyəti nəticəsində bənzəri görünməyən ən böyük dağıdıcı fəlakətlər baş verib. Əsəd qüvvələri Rusiya ilə birlikdə şəhər, qəsəbə və kəndləri hədəf almaqda davam edir. İraqın Müsəlman Alimlər Heyəti baş verənləri İslam ümmətinə qarşı həyata keçirilən soyqırım kimi dəyərləndirir”, - bəyanatda bildirib.
Miq.az