Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar

Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar

Rusiya ölkə əhalisinin təhlükəsizliyi və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İran vətəndaşlarının sərhəddən keçməsini müvəqqəti olaraq qadağan edib.

Axar.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

"28 fevral 2020-ci il saat 00:00-dan etibarən Federal Təhlükəsizlik Xidməti Rusiyaya təhsil, əmək fəaliyyəti, eləcə də şəxsi, turizm və tranzit məqsədilə gələn İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyası sərhədindən buraxılışını müvəqqəti olaraq dayandırır”, - məlumatda qeyd olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az