Rusiya İrana bu məsələdə yardım etsə...

Rusiya İrana bu məsələdə yardım etsə...
"Fateh-110” və "Zülfüqar” ballistik raketləri müqabilində əgər Rusiya İrana nüvə proqramının həyata keçirilməsini sürətləndirməyə kömək etsə, təkcə Ukrayna və Yaxın Şərqi yox, bütün dünya ciddi təhlükə ilə üz-üzə qalar.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı ekspert Anatoli Amelin deyib.

Ekspertin sözlərinə görə, İranda vəziyyət təkcə etirazlara görə qarışıq deyil:

"İran Rusiya ilə birlikdə nüvə silahının yayılması üçün faktiki presedent yaradır. Rusiyanın taktiki nüvə silahından istifadə edib-etməyəcəyinə heç kim əmin ola bilmir. Lakin ABŞ artıq 18 min km-ə qədər mənzilə malik 24 qitələrarası raket daşıya bilən sualtı qayığını Aralıq dənizinə köçürüb".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az