Rusiya İrəvanda çevriliş edə bilər - Hərbi oyun adı altında
Hərbi oyun adı altında Rusiyanın İrəvan oyunları çevrilişlə nəticələnə bilər...
Moderator.az Armenpress-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Andrey Kartapolov Ermənistana gəlib.
Bu barədə Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan FB səhifəsində məlumat yayıb.
"Rusiya müdafiə nazirinin müavini general-polkovnik Andrey Kartapolov "Sülh döyüşçüsü” hərbi oyunlarının bağlanışında iştirak etmək üçün Ermənistana gəlib” - Stepanyan yazıb.
General-polkovnik Andrey Kartapolov Ermənistan müdafiə nazirliyinin rəhbərləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, RF-nin təşəbbüsü ilə hər il keçirilən hərbi oyunlar məsələnin üzdə görünən hissəsidir. Adətən, oyunların bağlanışında yüksək rütbəli ordu rəhbərləri iştirak etməyiblər. Tovuz hadisələrindən sonra Rusiya generallarının Ermənistan hərbçiləri ilə daha tez-tez görüşləri başlayıb. Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərdən sonra bu görüşlər intensivləşib. Ermənistan mediasında Rusiyanın Cənubi Qafqazda vassalı olan Ermənistana siyasi və hərbi müdaxiləsinin bu payız hətta Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəciyi barədə xəbərlər yayılır.
Miq.Az