Rusiya ordusundan ŞİDDƏTLİ HÜCUM - 26 ölü, çox sayda yaralı var

Rusiya ordusundan ŞİDDƏTLİ HÜCUM - 26 ölü, çox sayda yaralı var

Rusiya qırıcılarının Suriyanın İdlib şəhərində təşkil etdiyi hava hücumu nəticəsində azı 26 dinc insan həyatını itirib. Çox sayda yaralı var.

Publika.az xəbər verir ki, bu barədə yerli müxalif mənbələr məlumat yayıb. Bildirilir ki, Rusiya hava qüvvələri səhər saatlarından başlayaraq hücumları intensivləşdirib. Hazırda ərazidə partlayış səsləri eşidilir.

Qeyd edək ki, 5 gün əvvəl Suriya ordusu İranın dəstəklədiyi silahlılarla birgə təhlükəsizlik bölgəsində yerləşən İdlibin cənub və qərb cəbhələri istiqamətində hücuma keçib. Hücumlara görə on minlərlə insan Türkiyə sərhədinə axı edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az