Rusiya Qarabağla bağlı Azərbaycandan TƏLƏBİNİ açıqladı
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala belə cavab verib: "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”. Başqa sözlə Lavrov "Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatını verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın” demək istəyir.
Miq.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Miq.Az