Rusiya qırıcıları türkiyəli hərbçilərin olduğu bölgəni BOMBALADI - Onlarla ölü var

Rusiya qırıcıları türkiyəli hərbçilərin olduğu bölgəni BOMBALADI - Onlarla ölü var

Suriya ordusuna və Rusiyaya məxsus qırıcıların İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 20-ni ötüb. Onların hamısı dinc insanlardır.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum zamanı çox sayda sakin yaralanıb. Məlumata görə, hava əməliyyatlarının hədəfində Teftenaz, Neyrəb, Binneş o cümlədən İdlibin mərkəzindəki rayonlar olub.

Qeyd edək ki, İdlibdə Türkiyə ordusunun 10 müşahidə məntəqəsi var. Suriya ordusunun quru əməliyyatlarından sonra iki müşahidə məntəqəsi mühasirəyə düşüb. Bu arada, İdlibdəki vəziyyəti müzakirə etmək üçün Rusiya Ankaraya hərbi nümayəndə heyəti göndərəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az