Rusiya səfiri Qarabağa qanunsuz səfər etmiş revanşist erməni deputatı qəbul etdi...-FOTO

Rusiya səfiri Qarabağa qanunsuz səfər etmiş revanşist erməni deputatı qəbul etdi...-FOTO
Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etmiş Ermənistan parlamentinin insan hüquqları və ictimai əlaqələr üzrə daimi Komitəsinin sədri Taquyi Tovmasyanı qəbul edib.

Moderator.az xəbər verir ki, bu haqda Verelq.am nəşri məlumat yayıb.
 
"Biz strateji müttəfiqimiz olan dövlətin səfiri ilə iki erməni respublikasının - Ermənistan və Artsaxın başına gələn problemləri müzakirə etdik. Təəssüf ki, narahatedici hadisələr durmadan artır... Artsax sakinlərinin bir şərti və tələbi var: Rusiya sülhməramlı kontingenti Artsax Respublikası ərazisində qalmalıdır. Onların qalma müddətinin uzadılması Artsax ermənilərinin yaşamaq hüququnun həyata keçirilməsi baxımından son dərəcə zəruridir"- deyə revanşist və irqçi çıxışlarıyla seçilən erməni deputat bildirib.
 
Həmçinin T.Tovmasyan səfirin diqqətini "Ermənistan Respublikasının sərhədlərindəki vəziyyətə, xüsusilə də guya "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinin bəzi hissələrinin qanunsuz işğalını davam etdirməsinə" yönəldib...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az