Rusiya SSRİ-ni “dirildir”: Prosesə start verildi

Rusiya SSRİ-ni “dirildir”: Prosesə start verildi
SSRİ-nin dağılması qanunsuz idi, onun hüquqi statusu nəzərə alınmalıdır və deputatlar bu məsələni qaldırmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina deyib.

Ostaninanın sözlərinə görə, 1991-ci ildə keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib:

"Yəni həm hüquqi, həm siyasi, həm də insani nöqteyi-nəzərdən, mahiyyət etibarı ilə Sovet İttifaqının sonu qeyri-qanuni idi, çünki heç kim Şuşkeviçə, Yeltsinə, Kravçuka qondarma Belovejsk müqaviləsini imzalamaq səlahiyyətini verməmişdi. Və bu günə qədər bu, hüquqi cəhətdən mübahisəli bir sənəddir. Rusiya bu gün də istintaq təşkil etməlidir. Prezidentin müşaviri bu mövqeyi ifadə edibsə, o zaman bu, bizdən asılı olmayacaq. Biz isə siyasi qərar verməyə hazırıq, bu barədə Dövlət Dumasında danışacağıq”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az