“Rusiya Stalin rejimindən nümunələr götürür”
Rusiya Stalin rejiminin metodlarından nümunələr götürür.
Bunu "Val Strit Jurnal” ("The Wall Street Journal”) qəzetinə müsahibəsində Litva Prezidenti Dalya Qribauskayte söyləyib. Onun sözlərinə görə, Moskvanın Gürcüstan və Ukraynaya hücumu bunun üçün əsas misaldır:
"Biz Gürcüstan ərazilərinin işğalı və Krımın anneksiyasını qəti şəkildə pisləyirik. Moldova və Gürcüstan Avropa inteqrasiyası yolunu seçiblər. Bu, xalqın seçimidir və ona qarşı heç kim çıxış edə bilməz”.
Axar.az