Rusiya "Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.
Vətəninfo.az xəbər verir ki, "APA-Economics”in RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın Energetika Nazirliyindən məlumat verilib.
"Rusiya tərəfi "Türk axını” layihəsinin birinci xətt üzrə təkliflərini hazırlayaraq Türkiyə tərəfinə göndərib”, - deyə bildirilib.
"Türk axını” layihəsi çərçivəsində ildə 63 mlrd. kubmetr qazın Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə göndərilməsini nəzərdə tutan boru xətti inşa olunacaq. Boru xətti 4 xətdən ibarət olacaq və 47 mlrd. kubmetr qazı Türk-Yunan sərhədinə daşıyacaq.
"İlkin mərhələdə "Türk axını”nın kompleks inşası üçün hökumətlərarası sazişin hazırlanması və imzalanması planlaşdırılır ki, o da bütün 4 xəttin inşasını sürətləndirməyə yardım edəcək. Lakin, Türkiyə və Rusiya arasında iyunda Bakıda keçirilən son görüşdə tikintinin mərhələlərlə davam etdirilməsinə qərar verilib”, - deyə məlumatda vurğulanıb.
"Biz addım-addım getməyə hazırıq. Rusiya tərəfi bir xətt üzrə ilkin təkliflərini hazırlayıb. İkinci, dördüncü xətlər üzrə isə hökumətlərarası ayrı-ayrı razılaşmalar olacaq”, - deyə mətbuat xidmətindən bildirilib və əlavə olunub ki, "Türk axını”nın ilk xətti Türkiyə tərəfinin ehtiyaclarının ödənilməsi məqsədini daşıyır.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi