Rusiya-Türkiyə konflikti: Bakıya pomidor xəbərdarlığı

Rusiya-Türkiyə konflikti: Bakıya pomidor xəbərdarlığı
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistan, Azərbaycan və Belarusdan gətirilən pomidora nəzarəti gücləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı idarənin mətbuat xidməti yayıb. Federal Xidmət son zamanlar adı çəkilən ölkələrə Rusiyaya gətirilməsi qadağan olunan məhsulların idxalının artdığını bildirib:
"Buradan isə məhsulların Rusiyaya keçirilməsinə cəhd edilir. Bu məhsulların Rusiyaya keçirilməsi zamanı onlar Azərbaycan, Belarus və Ermənistanda istehsal olunan mal kimi təqdim olunur. Biz bununla bağlı adı çəkilən ölkələrin məsul orqanlarına pomidor qablaşdırmalarının etiketlərində onun istehsalçısının dəqiq ünvanının göstərilməsi üçün müraciət etmişik. Ölkəyə gətirilən və bu informasiyalar olmayan pomidorlar onun dəqiq istehsal yeri müəyyənləşdirilənə qədər sərhəddə saxlanılacaq”.
Qeyd edək ki, Rusiya bundan öncə Türkiyədən gətirilən pomidorlara embarqo qoyub. Keçən ildən tətbiq edilən qadağa hələ də ləğv edilməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az