Rusiya vətəndaşı olmaq istəyənlərə şad xəbər

Rusiya vətəndaşı olmaq istəyənlərə şad xəbər

Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edərkən digər ölkənin vətəndaşlığından imtina etməməyə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, hazırda Rusiya vətəndaşı olmaq üçün ərizə verən əcnəbi öz ölkəsində vətəndaşlıqdan imtina barədə müraciət verdiyini təsdiq etməlidir. Yeni qanun layihəsi qəbul edilərsə, bu tələb aradan qaldırılacaq.

MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, layihə ikinci oxunuşda aprelin 17-də nəzərdən keçiriləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az