Rusiya Xəzər donanmasını döyüş hazırlığı vəziyyətinə gətirdi
"Tatarıstan” və "Dağıstan” raket gəmilərinin ekipajı da hazır vəziyyətdədir
Rusiya Xəzər donanmasının bir hissəsində hərbi təlimlərə start verib.
İstiPress "RİA Novosti”yə istinadən xəbər verir ki, təlimlər kontr-admiral Sergey Pinçukun komandanlığı altında keçirilir.
Təlimdə Həştərxanda və Mahaçqalada dislokasiya olunmuş ordu hissələri iştirak edir.
Hazırlıqlar zamanı qarşılıqlı fəaliyyət məsələləri, informasiya mübadiləsi, döyüş şəraitində qərargah və bölmələrin birgə fəaliyyəti nəzərdən keçiriləcək.
Sahil mühafizəsi ilə yanaşı, "Tatarstan” və "Dağıstan”raket gəmilərinin ekipajı da təlimlərə qoşulub.
Miq.az