Rusiya XİN-dən sərhəddə baş verənlərə reaksiya

Rusiya XİN-dən sərhəddə baş verənlərə reaksiya
Ermənistan-Azərbaycan sərhədində baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir.

Miq.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir.
Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin dərhal Azərbaycan və Ermənistanın məsuliyyətli şəxsləri ilə təmasa girdiklərini və deskalasiya ilə bağlı tədbirlər gördüyünü söyləyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az