Rusiyada da güclü zəlzələ oldu

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Miq.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti episentrdə təkanın gücünün 6,3 bal olduğunu bildriib.

Tələfat və dağıntı yoxdur.

"İrkutsk vilayətində saat 07:06-da (Bakı vaxtı ilə 03:06) Alıqdjer kəndindən 21 kilometr aralıda yerləşən Nijneudinski rayonunda seysmik hadisə qeydə alınıb. Episentrdə 6,3 bal. Tələfat və dağıntı yoxdur. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, maqnituda 4,5 olub.

Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az