Rusiyada komitə sədri deputatları "axmaq" adlandırdı

Rusiyada komitə sədri deputatları
Rusiyada Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin miqrantların törətdiyi cinayətlərdən danışıb.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, o, miqrasiya siyasətini sərtləşdirməyə çağırıb.

 

Daha sonra zalda olan Dövlət Dumasının deputatı ilə dialoqa girərək parlamentdə "nə baş verdiyini” soruşub: "Mən həqiqətən bilmək istərdim ki, bizim dövlət axmaqlarımız nə vaxt yaxşı qanunlar qəbul edəcəklər".

 

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə cavab olaraq bildirib ki, İstintaq Komitəsinin rəhbəri deputatları vətəndaşlar seçdiyi üçün "axmaq” ifadəsi ilə xalqı təhqir edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az