Rusiyada xilasedicilər hava ilə bağlı ciddi xəbərdarlıq etdi

Rusiyada xilasedicilər hava ilə bağlı ciddi xəbərdarlıq etdi

Yaxın saatlarda Rusiyanın paytaxtı Moskvaya güclü qar yağacaq. Qar şiddətli külək və buz bağlama ilə müşayiət olunacaq.

Miq.Az "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Meteoroloqların sözlərinə görə, pis hava şəraiti Moskva üzərindən isti cənub siklonu cəbhəsinin keçidini müşayiət edəcək. Xilasedicilərin xəbərdarlığına görə, gün ərzində görüntünün pisləşəcəyi, avtonəqliyyat vasitələrinin hərəkətinin çətinləşəcəyi və yol qəzalarının sayının artacağı gözlənilir.

Pis hava şəraitinin günün sonuna qədər davam edəcəyi ehtimal edilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az