Rusiyadan nüvə savaşı anonsu: “…bizi parçalayacaqlar”

Rusiyadan nüvə savaşı anonsu: “…bizi parçalayacaqlar”
Əgər Vaşinqton Moskvanın məğlubiyyətini istəyirsə, o zaman dünya qlobal konflikt ərəfəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, Moskva bütün vasitələrlə, o cümlədən nüvə silahı ilə müdafiə olunacaq:

"Bütün dərrakəli güclərə aydındır ki, əgər ABŞ Rusiyanın məğlubiyyətini istəyirsə, demək, biz dünya konfliktinin ərəfəsindəyik. Vaşinqton Rusiyanın məğlubiyyətini istəyirsə, biz hər şeylə, o cümlədən nüvə silahı ilə müdafiə olunacağıq. Bu gün Ukraynada xüsusi əməliyyatı dayandırsaq, bizi hissələrə böləcəklər. Müharibə ancaq ABŞ-ın Kiyevə yardımları dayandırdığı zaman bitəcək”.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Moskvanın strateji hücum silahları haqqında razılaşmada iştirakını dayandırdığını açıqlayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az