Rusiyanı ölkəyə çağırmaq nə deməkdir? - Krımoğlu

Rusiyanı ölkəyə çağırmaq nə deməkdir? - Krımoğlu

Qazaxıstanda xoşumuza gəlməyən hadisələr oldu. Amma bizim üçün ən acınacaqlısı budur ki, Tokayev bu hadisəni öz imkanları ilə həll etmək əvəzinə, Rusiyadan kömək istədi. Bunu öz xalqına, dövlətinə xəyanət adlandırmaq olar.

Axar.az xəbər verir ki, bu sözləri Krım tatarlarının məşhur lideri Mustafa Əbdülcəmil Krımoğlu (Mustafa Cəmilov) Qazaxıstanda baş verən son hadisələr haqda danışarkən deyib.

"Rusiyanı öz ölkənə çağırmaq nə deməkdir? Biz Rusiyanın bir ölkəyə girən zaman nə etdiyini Krım nümunəsindən çox yaxşı bilirik. Bu, Qazaxıstan üçün böyük təhlükədir.

Etirazçılarla müzakirə aparmadan onları öldürmək qeyri-insani davranışdır. Gələcəkdə də nə olacağını görəcəyik. Amma bunlar nə Qazaxıstanın, nə də Rusiyanın maraqlarına uyğundur. Rusiya bundan kifayət qədər faydalanacaq. Bəli, 3 min rus əsgəri göndərdilər, amma bunun 3 min, yoxsa 30 min olduğunu dəqiq söyləmək mümkün deyil. Çünki Rusiyanın sözlərinə heç vaxt etibar etmək olmaz. Ümid edirik ki, orada sülh bərqərar olacaq və xarici ölkələrin vətəndaşları gedəcək", - deyə Krımoğlu bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az