Rusiyanın ən gözəl tələbəsi -Azərbaycanlı qız seçildi — FOTOLAR
Qızlar 3 mərhələdə mübarizə aparıblar.
18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada "Miss tələbə - 2016” gözəllik müsabiqəsinin qalibi olub.
Miq.az ölkə.az-ın məlumatına istinadən xəbər verir ki, Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.
Gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ - yaradıcı nömrələr, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar.
Müsabiqənin əsas "miss” tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb.
Miq.az