Rusiyanın fövqəladə hallar naziri həlak oldu

Rusiyanın fövqəladə hallar naziri həlak oldu

Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçyev təlim zamanı həlak olub.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edərkən bədbəxt hadisə nəticəsində həyatını itirib.

Qeyd edək ki, Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az