Aydın Hüseynov: «Çox təəssüf ki, bəzi ziyalılar müxalifətə alət olurlar»
«Son zamanlar bəzi ziyalıların yanlış mövqeyi bizi təəssüfləndirir. Kinorejissor Rüstəm İbrahimbəyovun da mətbuatda gelən son açıqlamalarında qərəzin açıq aydın hiss olunması təəssüfedicidir». Bu sözləri «Vətəninfo.az»a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvuü Aydın Hüseynov səsləndirib. Onun sözlərinə görə, R.İbrahimbəyov tanınmış kinorejissordur və bunu heç kim inkar etmir: «Amma Rüstəm İbrahimbəyov tanınmış siyasətçi deyil və buna görə də səhvlərə yol verəcəyi qaçılmazdır. Yaxşı olardı ki, R.İbrahimbəyov enerjisini Azərbaycan dövlətçiliyi üçün xərcləsin. Hakimiyyətdən narazılığı var yoxdur, bu başqa məsələdir. Bəs Azərbaycanın ümummilli maraqları harada qaldı? Dünənə qədər Rüstəm İbrahimbəyov niyə nüfuzundan bu istiqamətdə fəaliyyətlərdə istifadə etmirdi? Niyə Azərbaycanın milli maraqları naminə fəaliyyət göstərmirdi? Məgər tanınmış ziyalının funksiyası öz peşəsi ilə məşğul olmaqlamı bitir? Rüstəm müəllim Rusiyada yaşayır və orada da soydaşlarımız prolemsiz deyillər. Ən böyük diasporumuz da məhz Rusiyadadır. Nə vaxt eşitmisiniz ki, Rüstəm İbrahimbəyov heç olmasa sadə azərbaycanlının dərdinə şərik olub, onun problemləri isətiqamətində hansısa addım atıb. Amma məsələ hakimiyyətə və mən deyərdim ki dövlətçiliyə qarşı olanda bəzilərinin yadına Rüstəm İbrahimbəyovun ziyalılığı düşür». A.Hüseynov onu da əlavə etdi ki, Rüstəm İbrahimbəyov etalon deyil və onun açıqlamaları Azərbaycandakı siyasi mühitin göstəricisi ola bilməz: «Onun Azərbaycanda üzləşdiyi şəxsi problemilərlə bağlı Dövlət Neft Şirkəti açıqlama verib və hər şey ortadadır. Kinorejissorumuzun hansı səbəbdən müxalifətçiliyə başlamasının səbəbi də bəllidir. Bunun şəxsi mənafe səbəbindən doğduğunu görüncə, deməyə söz tapa bilmirsən». YAP Siyasi Şura üzvu onu da dedi ki, Azərbapycan ziyalıları təkcə R.İbrahimbəyovdan ibarət deyil: «Bəs onda Tahir Salahov, Lütfizadə kimdir? Lütfizadənin və Tahir Slahovun şöhrəti Rüstəm İbrahimbəyovdan aşağıdadırmı? Yadınızdadırsa Lütfizadə Azərbaycana səfəri zamanı cənab prezidentin gördüuyü işləri təqdir etdi və Azərbaycanın sürətlə inkişafından məmnunluğunu gitzlətmədi. Belə olan halda müxalif qəzetlər başladılar onu tənqid etməyə. Yaxşı bəs ziyalı fikri sizin üçün bu dərəcədə önəmli idisə nəyə görə Lütfzadənin fikirlərini qınağa çevrirdiniz? Deməli müxalifət şəxsi problemləri olan insanlardan da siyasi məqsədlər üçün yararlanmağa çalışır və çox təəssüf ki, bəzi ziyalıları da onlara alət olurlar».
Firudin