Rüşvət alarkən videosu yayılan polislər tapıldı - Yoxlama başladı

Rüşvət alarkən videosu yayılan polislər tapıldı - Yoxlama başladı
Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır:
"Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.



Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az